“Azəristiliktəchizat”: İstilik tarifləri aşağıdır | Icma.az
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Azərbaycanda istilik təchizatı üçün tariflər aşağıdır.
Bunu "Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - "İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib.
O, hazırda "Azəristiliktəchizat”ın subsidiya ilə fəailiyyət göstərdiyini qeyd edib: "Buna görə də istənilən istilik təchizatı obyektinin "Azəristiliktəchizat”ın balansına verilməsi üçün həm əlavə xərc çəkilməsi, həm də əlavə subsidiya ödənilməsi tələb olunur.
Subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır.
2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib.
Bu, gəlirləri müəyyən qədər artırmağa imkan verib, bizim ildə təxminən 2 milyon manat əlavə gəlir əldə etməyimizə səbəb olub.
2025-ci il yanvarın 1-dən tariflər hər kv.m. üçün 30 qəpik civarında məyyən edilib. Bu da gəlirlərin iki dəfə artması deməkdir”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu