Azəristiliktəchizat”ın daha 7 qazanxanası yenidən qurulacaq

03.03.2025

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azəristiliktəchizat” ASC-nin balansında olan daha 7 köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiya edilməsi nəzərdə tutulur.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlığa başlanılıb. İlkin olaraq layihələndirmə işləri həyata keçiriləcək. Bu məqsədlə təxminən 267 min manat xərclənəcək.

Xatırladaq ki, bundan əvvəl 5 köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiya edilməsi nəzərdə tutulmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью