Azəristiliktəchizatın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır Samir Şərifov

20.11.2024

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azəristiliktəchizat"a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır. Bu vəsait ona görə ayrılır ki, "Azəristiliktəchizat"ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada böyük zərər əmələ gəlir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.

Nazir qeyd edib ki, qazanxanaların səmərəliliyi olduqca aşağıdır:
“Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı təkliflər var. Hazırda bunun üzərində işlənilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью