Azəristiliktəchizat”ın sədr əvəzi Salyanda vətəndaşları qəbul edib

02.12.2024

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Salyan rayonunda Salyan və Nefçala sakinlərini qəbul edib.

"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumataq görə, qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью