Azəristiliktəchizat”ın sədr əvəzi Salyanda vətəndaşları qəbul edib

02.12.2024

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Salyan rayonunda Salyan və Nefçala sakinlərini qəbul edib. SİA bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumataq görə, qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью