Azərkimya gələn il Azerfloat a hidrogen satışına başlayacaq

16.09.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

SOCAR-ın "Azərkimya" İstehsalat Birliyi istehsalat prosesində yan məhsul kimi əldə olunan hidrogenin "Azerfloat" müəssisəsinə satışı layihəsini həyata keçirir.

Modern.az xəbər verir , bunu SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin əməliyyatlar üzrə meneceri İlqar Qurbanov SOCAR-ın Etilen-Polietilen zavoduna media-tur zamanı jurnalistlərə açıqlamasında deyib.

“Layihə çərçivəsində Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən "Azerfloat" müəssisəsinə hidrogen qazının boru xətləri vasitəsilə nəqli və satışı nəzərdə tutulur. Layihənin sənədləri tam hazırlanıb və Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq təsdiqlər alınıb. Hazırda hidrogenin nəql olunacağı boru xətlərinin çəkilişinə başlanılır.

əvvəllər istehsalat prosesində yan məhsul kimi əldə olunan hidrogen məşəl sistemində yandırılaraq atmosferə buraxılırdı. Hidrogenin "Azerfloat"a satılması həm "Azərkimya" üçün əlavə gəlir yaradacaq, həm də şüşə istehsalının artırılmasına imkan verəcək”,-deyə o qeyd edib.

İ.Qurbanovun sözlərinə görə, hidrogendən istifadə "Azerfloat"ın istehsalatında karbon emissiyalarının minimuma endirilməsinə də şərait yaradacaq: "Bu layihə nəticəsində daha aşağı karbon izinə malik şüşə istehsal etmək və həmin məhsulların Avropa bazarlarına daha rahat və rəqabətqabiliyyətli şəkildə çıxarılmasına imkan yaratmaq mümkün olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью