“Azərkontraktın ləğv edilməsinə başlanıldı

03.12.2024

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin oktyabrın 17-nə imzaladığı sərəncama əsasən, dekabrın 1-dən Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-nin ləğv edilməsinə başlanılıb.

Bamkıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyəti kreditorlarına müraciət edib. Müraciətdə deyilir ki, iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 62 ünvanına bildirə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью