Azərkontraktın törəmə lizinq şirkəti də ləğv olunur

04.12.2024

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ləğv prosesində olan Dövlət Kontrakt Korporasiyası - “Azərkontrakt” ASC-yə məxsus "Azərlizinq" şirkəti ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai̇ rayonu, 8 Noyabr prospekti̇, 108 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Azərlizinq" 1999-cu ildə yaradılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью