Azərkosmos 1 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb | Icma.az
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Spacecraft Development and Production" MMC-ni dövlət qeydiyyatına alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") eyni - Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Fariz Əli oğlu Əliyevdir.
O, "Azərkosmos"un Tədqiqat və inkişaf mərkəzinin direktorudur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu