Azərkosmos 11 milyon dollarlıq ixrac

01.07.2026

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayını təqdim edib.

Marja xəbər verir ki, 2026-cı ilin yanvar–may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 10,8 milyon ABŞ dolları dəyərində  telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 63 faizini ixrac əməliyyatları təşkil edib. Xidmət təqdim olunan ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan, İsveç və Misir böyük paya sahibdir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,3 milyon ABŞ dolları ilə Lüksemburq, 490 min ABŞ dolları ilə Türkiyə, 486 min ABŞ dolları ilə Pakistan, 187,2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью