“Azərkosmos” 41 ölkəyə xidmət göstərib

30.09.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Azərkosmos” bu ilin yanvar-avqust aylarında dünyanın 41 ölkəsinə 11,6 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, qurumun ümumi gəlirlərinin 66%-ni təşkil edib.
Avqust ayında isə “Azərkosmos”un xidmət ixracı 1,5 milyon dollar olub. İlk beşlikdə Birləşmiş Krallıq (3,1 milyon dollar), Lüksemburq (2,3 milyon dollar), Nigeriya (569,5 min dollar), Türkiyə (537,9 min dollar) və İsveç (530,4 min dollar) qərarlaşıb.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью