Azərkosmos: “Azersky 2” proqramının icrası davam edir

03.12.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azersky 2” proqramının icrası davam edir.
Bunu “APA-Economics”in sualına cavab olaraq Azərbaycan Kosmik Agentliyinin (Azəskosmos) idarə heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib.
D.Bədirxanov deyib ki, mütəxəssislərimiz hazırda “Azersky 2 A” peykinin hazırlanmasında birbaşa iştirak edirlər:

“Gələcəkdə həmin bilik və təcrübəni əldə edərək bu mütəxəssislər artıq növbəti peyklərimizi Azərbaycanda yığmağa hazır olacaqlar. Hazırda layihə cədvəl üzrə davam edir. Dəqiq tarixlə bağlı detallar məlum olduqda ictimaiyyətə məlumat veriləcək”.

“Peyk istehsalı zavodunun inşası ilə də bağlı proseslər plan üzrə davam edir. Bu istiqamətdə də vacib nəticələr olduqda məlumat veriləcək”, - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью