Azərkosmos Çadla memorandum imzalayıb FOTOLAR

29.01.2026

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, memorandumun əsas məqsədi peyk xidmətləri və kosmik fəaliyyət sahəsində iqtisadi, sənaye, elmi, texniki və texnoloji əməkdaşlığın inkişaf etdirilməsidir.
Anlaşmaya əsasən, tərəflər kosmik ekosistemin inkişafı, strateji konsaltinq, radiotezliklərin idarəedilməsi, coğrafi informasiya sistemləri (GIS), məsafədən zondlama, peyk rabitəsi, peyklərin idarə olunması və yerüstü sistemlər, eləcə də kosmik fəaliyyət və peyk xidmətləri sahəsində tənzimləmə və normativ məsələlər üzrə əməkdaşlıq etməyi planlaşdırırlar.
Həmçinin əməkdaşlıq çərçivəsində telekommunikasiya, videoyayım və məlumat xidmətləri, teleportlar və yerüstü stansiya xidmətləri sahəsində biznes imkanlarının araşdırılması, geoinformasiya texnologiyaları, süni intellekt və Yerin müşahidəsi xidmətləri üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Memorandumda təhsil və insan kapitalının inkişafı istiqaməti də xüsusi yer tutur. Bu çərçivədə Azərkosmosun KOSMİK Akademiyası ilə müəllimlər və şagirdlər üçün təhsil proqramlarının icrası, yay məktəblərinin təşkili, məktəblər üçün peyk proqramlarının həyata keçirilməsi və birgə fəaliyyətlərin icrası planlaşdırılır.
AzVision.az Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью