“Azərkosmos” Niderlandda beynəlxalq sərgidə peykəsaslı həllərini nümayiş etdirib

16.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycanın milli peyk operatoru “Azərkosmos” Niderlandın Amsterdam şəhərində keçirilən “IBC 2026” beynəlxalq sərgisində iştirak edib.

AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində “Azərkosmos” yayım və media sənayesinin inkişaf edən tələblərini dəstəkləməyə yönəlmiş peykəsaslı həllərini təqdim edib.

Sərgidə peyk tutumu, yayım və media bağlantısı, VSAT həlləri, həmçinin canlı yayım üçün töhfə (live contribution) xidmətləri nümayiş etdirilib.

Bununla yanaşı, “Azərkosmos” dənizçilik sektoru üçün bağlantı həllərini də təqdim edib. Bu həllər peyk texnologiyalarının müxtəlif mühitlərdə etibarlı rabitə və bağlantının təmin edilməsində yaratdığı imkanları nümayiş etdirib.

Müxbir – Pərvanə Qafarova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью