“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ | Icma.…
Icma.az, Azertag saytına istinadən bildirir. Bakıda “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 i
“Azərkosmos”un yaradılması ilə ölkəmizdə kosmik fəaliyyətin inkişafına dövlət səviyyəsində sistemli dəstək verilməyə başlanılıb.
Hazırda qurumun xidmətlərindən 50-dən çox ölkədə 200-ə yaxın şirkət yararlanır.
Azərbaycan öz orbital mövqeyinə sahib 48 ölkədən biridir və kosmik resurslarından müstəqil şəkildə istifadə edir.AZƏRTAC xəbər verir ki, bu fikirləri “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov oktyabrın 21-də Bakıda keçirilən “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə səsləndirib.Dunay Bədirxanov bildirib ki, yaxın aylarda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq.
O qeyd edib ki, Azərbaycan peyklərin istehsalını həyata keçirməyi planlaşdırır: “Artıq bu istiqamətdə ilkin addımlar atılıb.
“Tədqiqat və İnkişaf” komandamız son bir il yarım ərzində İsraildə “Azersky-2” layihəsi çərçivəsində peyk istehsalı üzrə təlimlər keçib.
Mərkəzin dizayn və layihələndirmə mərhələsi tamamlanıb və yaxın aylarda tikintiyə start veriləcək.
Yeni peykimizin daşıyıcı raketi kimi “SpaceX” şirkətini seçmişik”.D.Bədirxanov əlavə edib ki, “Azərkosmos” tarixində ilk dəfə törəmə müəssisə - “Spacecraft Development and Production” MMC yaradılıb.“Azərkosmos”un sədr müavini Fuad Aslanov qeyd edib ki, tədbir təkcə son 10 ilin uğurlarını paylaşmaq üçün deyil, həm də gələcək əməkdaşlıqlar və strateji baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.Fuad Aslanov bildirib ki, 2024-cü ildə qurum 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb: “Bu, xidmətlərimizə olan böyük tələbatın və keyfiyyət göstəricisinin sübutudur.
Tam oxu
Xəbəri oxu