“Azərkosmos”a o rəhbərlik edəcək

04.03.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə edilib.

Axar.az xəbər verir ki, D.Bədirxanov daha öncə qurumun İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edib.

Qeyd edək ki, Azərkosmos ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью