“Azərkosmos”un müsabiqələrində iştirak üçün

27.11.2024

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bu barədə “Azərkosmos”un sədr müavini Dunay Bədirxanov Bakıda keçirilən “Yer səthinin məsafədən müşahidəsi” müsabiqəsinin təltifetmə mərasimində deyib.
“Müsabiqənin münsiflər heyəti tərəfindən iştirak üçün qəbul olunmuş 252 layihədən 52-si final mərhələsinə yüksəlib. Bu il layihələrin mövzusu iqlim dəyişikliyi, elm və texnologiyaların inkişafı, qeyd olunan sahədə innovasiyaların tətbiqi olub. Yer səthinin məsafədən müşahidəsinə “Azərkosmos” tərəfindən 2014-cü ildən başlanılıb.
Çox sevindirici haldır ki, bu gün “Azərkosmos”un müsabiqələrində iştirak üçün layihələrin sayı 1000-i keçib. Müraciət edənlərin əksəriyyəti gənclərdir. Bu kosmik layihələrin çoxu BMT-nin dayanıqlıq hədəflərinə öz töhfəsini verir”, - deyə Dunay Bədirxanov vurğulayıb.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью