“Azərlotereya” 2024 cü ildə 92.4 milyon vergi ödəyib FOTO | Icma.az
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC 2024-cü il üzrə maliyyə hesabatını təqdim edib.
"Unikal" xəbər verir ki, 2024-cü ildə “Azərlotereya” ASC-nin satışdan gəlirləri 327,58 milyon manat təşkil edib.
Bununla yanaşı, şirkətin xalis mənfəəti 61,8 milyon manat təşkil edib.
2024-cü il ərzində şirkət 14,3 milyon manat məbləğində investisiya edərək uzunmüddətli aktivlərini 30,3 milyon manatdan 44,6 milyon manata yüksəldib.
O cümlədən, “Azərlotereya” ASC-nin 2024-cü ilin sonu cəmi aktivləri 115 milyon manat təşkil edib.
Şirkətin 2023-cü ilin sonunda cəmi aktivləri 96,7 milyon manat olub.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin cəmi kapitalı 32 faiz artaraq, 38,8 milyon manata çatıb.
Tam oxu
Xəbəri oxu