Azərlotereya sədrinin müşaviri barədə şok iddia: Mikayıl Nəcəfov 2,5 milyon manat udub?

23.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

"Azərlotereya" ASC sədrinin müşaviri Mikayıl Nəcəfov lotereyada 2,5 milyon manat udub.

Mia.az Ajans.az-a istinadla xəbər verir ki, bu barədə "Bizim Salyan" facebook səhifəsində məlumat verilib. 

Bu xəbər izləyicilər arasında tənqidə səbəb olub. Müşavirin uduş əldə etməsi şərhlərdə tənqidlə müzakirə olunub.

Yeri gəlmişkən, mia.az saytı "Azərlotereya" rəhbərliyinə bu iddia ilə bağlı ötən gün rəsmi sorğu göndərib.

Şirkətin [email protected] elektron poçt ünvanına "Bu gün Feysbuk sosial şəbəkəsində "Azərlotereya" sədrinin müşaviri Mikayıl Nəcəfovun lotereyada 2.5 milyon manat udması haqqında xəbərlər yayılıb. Bu, xəbər doğrudurmu? Doğrudursa, M.Nəcəfovun məsul şəxs olduğu şirkətin mərc oyunlarında iştirakı qanunauyğundurmu?", - məzmunlu sorğu verilib.

Samir 
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью