Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vətəndaşın sözlərinə görə, iştirakçıların çoxu gözlənilən 30 balı toplaya bilməyib və 100 nəfərdən cəmi 2-3 nəfər növbəti mərhələyə keçə bilib. Şikayətçi əlavə edib ki, təqdim olunan əsas mükafatlardan biri “Araz” marketdən 20 manatlıq alış-veriş kartı olub. O, vurğulayıb ki, bu mükafat 5-6 nəfər arasında keçirilib və nəticədə yalnız bir nəfər 20 manatlıq alış-veriş kartı qazana bilib.
Sabirabadda keçirilən aksiya ilə bağlı sosial şəbəkələrdə səsləndirilən iddialar doğrudur?Yaranan sualla bağlı “Azərlotereya” ASC-yə sorğu ünvanladıq. Qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC “Bizimyol.info” xəbər portalının sorğusuna cavab olaraq bildirib: “Sabirabadda keçirilən “Şans Karvanı”nda 93 ədəd “Araz” kartı, 3 ədəd isə smartfon telefon qazanılıb. Vətəndaşın səsləndirdiyi iddialar əsassızdır”.
Günel Həsənova, Bizimyol.info