Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan ərazisində minik və yük avtomobillərinin istehsalı və idxalı sahəsində genişmiqyaslı fəaliyyət göstərən "Azərmaş Group" MMC 2024-cü ili 9 milyon 335 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət 2023-cü ili 5 milyon 85 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Azərmaş Group"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 4 milyon 250 min manat və ya 83,6% artıb.
Marja.az xəbər verir ki, "Azərmaş Group"un satışdan gəlirləri 2023-cü ildə 31 milyon 191 min manat ikən, 2024-cü ildə 63 milyon 657 min manat təşkil edib (2 dəfə və ya 32 milyon 466 min manat artıb).
2025-ci ilin ilk 6 ayında "Azərmaş Group" MMC-nin satışdan gəlirləri 36 milyon 255 min manat, xalis mənfəəti isə 6 milyon 59 min manat təşkil edib. 2024-cü ilin ilk 6 ayında Şirkətin satışdan gəlirləri 19 milyon 774 min manat, xalis mənfəəti 3 milyon 239 min manat təşkil etmişdi. Beləliklə, 6 aylıq müqayisədə də "Azərmaş Group"un gəlirləri və xalis mənfəəti müvafiq olaraq 1,8 dəfə və 1,9 dəfə artıb.
31 dekabr 2024-cü il tarixində "Azərmaş Group" 56 milyon 206 min manat cəmi aktivlərə malik olub.