“Azərpoçt” adından həyata keçirilən dələduzluqlarla bağlı vətəndaşlara növbəti dəfə xəbərdarlıq edilib

27.01.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 27 yanvar, AZƏRTAC

Elektron Təhlükəsizlik Xidməti “Azərpoçt” MMC-nin adından həyata keçirilən dələduzluqlarla bağlı vətəndaşlara növbəti xəbərdarlıq edib.

AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən (ETX) xəbər verir ki, müxtəlif xarici nömrələr vasitəsilə vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir. Həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir” ”, - deyə ETX-nin məlumatında qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью