Azərpoçt işçi axtarır VAKANSİYA

30.07.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Azərpoçt

Daxili Audit Departamentinin Baş Auditoru

 Son tarix 30 avq 2025  - [email protected]

Təsvir:

Müstəqil auditin aparılması; Audit proqramının tərtib edilməsi və icrasına nəzarət; Audit zamanı qrup rəhbəri olaraq işin bölüşdürülməsi, qrup üzvlərinə lazımi istiqamətlərin verilməsi və dəstək olunması; Audit üzrə daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi; Aktivlərin və kapitalın qorunması istiqamətində auditin aparılması; Audit zamanı qanun, qayda və prosedurların icra səviyyəsinin qiymətləndirilməsi; Müşahidə şurası, Audit komitəsi və İdarə heyəti tərəfindən təsdiq edilmiş qərarların icra səviyyəsinin qiymətləndirilməsi; Daxili audit departamentinin direktoru tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi.

Tələblər:

Ali iqtisadi/hüquqi təhsil; Minimum 5 il iş təcrübəsi (Daxili audit üzrə minimum 3 il iş təcrübəsi); Əla səviyyədə ingilis dili biliyi; Əla səviyyədə Microsoft Office proqramları bilikləri; Poçt haqqında qanun və Mərkəzi Bankın normativ aktlarını yaxşı bilmək; Daxili audit üzrə beynəlxalq mütərəqqi praktik biliklər; Hesabatların hazırlanması və yaxşı yazı bacarıqları; Audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; Yüksək səviyyədə analitik və risk əsaslı düşünmə bacarığı; İdarəetmə bacarığı; Vaxtın idarə edilməsi bacarığı; Komanda şəklində işləmək bacarığı; Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.

Vakansiya haqqında:

İş yeri: Baş ofis, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi 72; Tam ştat (Bazar ertəsi-Cümə günləri); Korporativ nömrə ilə təmin olunma; Əmək haqqı razılaşma ilə.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Baş auditor” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью