“Azərpoçt” və “Bakı Taksi Xidməti” əməkdaşlığa başlayıb

05.12.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” və “Azərpoçt” MMC əməkdaşlığa başlayıb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, əməkdaşlıq çərçivəsində “Bakı Taksi Xidməti”nin avtomobillərində “Azərpoçt”un POS-terminalları quraşdırılıb. Beləliklə, “Azərpoçt” MMC nəqliyyat ödənişlərinin nağdsız həyata keçirilməsini təmin edib.

Qısa zamanda POS-terminallar vasitəsilə 4 178 əməliyyat icra olunub, dövriyyə 146 min manat təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью