“Azərpoçt”un Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verildi

25.11.2024

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, bununla da bank lisenziya almış poçt filiallarının sayı 38-ə çatıb.

Xankəndi filialı işğaldan azad edilmiş ərazilərdə bu cür lisenziya almış ilk poçt filialıdır. Obyekt Xankəndi şəhəri, İsmət Qayıbov küçəsi, 30 ünvanında yerləşir. Lisenziya noyabrın 18-də verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью