“AZERRAIL” “Gənclər”ə set vermədən qalib gəldi

26.11.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişi voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun baş tutub.

İdman.Biz xəbər verir ki, 6-cı tur çərçivəsində “Gənclər” və “AZERRAIL” komandaları üz-üzə gəliblər.

Abşeron Olimpiya İdman Kompleksində keçirilən qarşılaşmada “AZERRAIL” 3:0 (25:12, 25:21, 25:13) hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, noyabrın 28-də Super Liqanın 5-ci turundan təxirə salınmış “Gənclər” - “Neftçi” qarşılaşması keçiriləcək. Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 14:00-da başlayacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью