“Azərreyl” asan qələbə QAZANDI FOTO

03.03.2025

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada bir oyun keçirilib. 
Bizim.Media xəbər verir ki, XII turdan təxirə salınan oyun baş tutub.
“Azərreyl” yarışın autsayderi “Gənclər”i sınağa çəkib. 
Bu qarşılaşma GİN-in Voleybol Mərkəzində keçirilib. “Azərreyl” üç setdə asan qələbə qazanıb.
Yüksək Liqa (kişilər)
XII turdan təxirə salınan oyun
3 mart
16:00. “Azərreyl” - “Gənclər” - 3:0 (25:13, 25:18, 25:21)
GİN-in Voleybol Mərkəzi
1  Murov Az Terminal  13  11  2  34-7  33
2  Xilasedici  12  10  2  31-10  29
3  Azərreyl  12  9  3  30-10  28
4  Neftçi  13  6  7  21-24  18
5  MOİK  13  2  11  6-36  5
6  Gənclər  13  0  13  4-39  1



Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью