Azərreyl autsayderi asanlıqla yendi

03.03.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, XII turdan təxirə salınan oyun baş tutub.

“Azərreyl” yarışın autsayderi “Gənclər”i sınağa çəkib. Meydan dahibləri hər üç setdə asan qələbə qazanıb - 3:0 (25:13, 25:18, 25:21).

Qeyd edək ki, 12 oyun keçirən "Azərreyl" 28 xalla 3-cü pillədədir və liderdən 5 xal geri qalır. 13 turda qələbəyə həsrət qalan "Gənclər" isə sonuncudur. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью