“Azərreyl” Azərbaycan millisinin dörd voleybolçusunu transfer edib

01.07.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qadın və kişi voleybolçulardan ibarət “Azərrreyl” komandası heyətinə yeni oyunçular cəlb edib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, kişi komandası son mövsümü “Xilasedici”də keçirən Azərbaycan millisinin iki üzvü - Andrey Melnikov və Roman Qurskinin keçidini həll edib.

Ötən mövsüm Bakı klubunda çıxış edən Nihad Qasımovla yeni müqavilə imzalanıb.

Qadınlardan ibarət kollektivə isə Sənubər Ələsgərova ilə Raziyə Əliyeva cəlb olunublar.

Ələsgərova son olaraq UNEC-də, Əliyeva isə “DH Volley”də forma geyinib. Hər iki voleybolçu milli komandanın üzvlüdür.

Bütün voleybolçularla bir illik müqavilə imzalanıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью