“Azərreyl” CEV Kubokuna məğlubiyyətlə başlayıb

13.11.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 13 noyabr, AZƏRTAC

Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası CEV Kubokunda ilk oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, “dəmiryolçular” 1/32 finalda Niderlandın "Orion Stars" komandasını qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, cavab matçı noyabrın 19-da Niderlandda baş tutacaq. Qalib komanda 1/16 finalda İsveçrənin "Amrisvil" kollektivinə rəqib olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью