“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb

22.04.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Kişi voleybolçular arasında Yüksək Liqada ilk final matçı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərreyl” və “Murov Az Terminal” komandaları Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində üz-üzə gəliblər. Görüş “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ikinci oyun isə aprelin 25-də təşkil olunacaq.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью