Azərreyl Gənclər ə, Abşeron isə Gəncə yə qarşı

15.01.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun növbəti oyunları baş tutacaq. Sport24.az xəbər verir ki, saat 16:00-da keçiriləcək görüşdə "Azərreyl" "Gənclər"lə qarşılaşacaq.

"Abşeron" isə "Gəncə" ilə üz-üzə gələcək. Bu matçın start fiti saat 18:00-da səslənəcək.

Qeyd edək ki, hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью