Azərreyl in baş məşqçisi: “Komandamız üçün gözlənilən, lakin çətin bir qələbə oldu” | Icma…
Icma.az, Idman.biz saytına istinadən bildirir. "Rəqib komanda sona kimi mübarizə apardı".
İdman.biz xəbər verir ki, bunu qadın voleybolçular arasında Azərbaycan çempionu olan "Azərreyl"in baş məşqçisi Paolo Tofoli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilk matçda 0:3 hesabı ilə uduzmalarına baxmayaq, revanş alıb qızıl medal qazanacaqlarına sonadək inanıb: "Bütün komandamız üçün gözlənilən, lakin çətin bir qələbə oldu.
Yüksək Liqada oynayanda komandamda müəyyən çətinliklər yaşanmışdı. Biz sonluğa doğru bu çətinliklərin öhdəsindən gəlib qalib ola bildik.
Finalın ilk oyununda "Abşeron"a 0:3 uduzmağımıza baxmayaraq, sonadək qələbəyə inanırdım.
Matçdan sonra bəzi təhlillər apardıq və o istiqamətdə işlədik. Voleybolda əsas məsələ sona kimi inanmaqdır".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən final mərhələsinin ikinci oyununda 3:0 hesablı qələbə sayəsində status-kvonu bərpa edən “Azərreyl” “Qızıl set”də “Abşeron”dan üstün olub – 15:12.
Aytac Sahəd İdman.biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu