“Azərreyl” məğlub oldu

19.03.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVI turun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutub.

Çempionatın autsayderi UNEC “Murov Az Terminal”la üz-üzə gəlib. Tələblər hər 3 setdə uduzublar.

Liderliyini qorumaq üçün meydana çıxacaq “Abşeron” “Gəncə”ni sınağa çəkib. Bu görüş qələbə qazanan Abşeron voleybolçuları ilk pillədəki mövqelərini qoruyublar.

Tura turnir cədvəlindəki qonşuların dueli ilə yekun vurulub. Gərgin keçən qarşılaşmada “Azərreyl” “Milli Aviasiya Akademiyası”na 2:3 hesabı ilə uduzub.

Yüksək Liqa (qadınlar)
XVI tur
18 mart 

16:00. UNEC - “Murov Az Terminal” - 0:3 (15:25, 15:25, 16:25) 
UNEC VK-nın idman zalı

16:00. “Abşeron” - “Gəncə” - 3:1 (25:18, 23:25, 25:19, 25:21)
GİN-in Voleybol Mərkəzi

18:00. “Azərreyl” - “Milli Aviasiya Akademiyası” - 2:3 (25:19, 21:25, 25:21, 15:25, 7:15)
GİN-in Voleybol Mərkəzi

AVF rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb Yüksək Liqa: “Neftçi” qələbə qazandı Bu gün Yüksək Liqada növbəti oyunlar keçiriləcək “Azərreyl”dən inamlı qələbə Bu gün Yüksək Liqada XV turun oyunları keçiriləcək
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью