“Azərreyl” və “Abşeron” ikinci qələbə arzusunda

17.04.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Bu gün qadın voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, finalçılar GİN-in Voleybol Mərkəzində bəlli olacaq.

“Azərreyl” “Milli Aviasiya Akademiyası”nı sınağa çəkəcək. “Gəncə” isə “Abşeron”dan revanş almağa çalışacaq.

Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl Setdə müəyyənləşəcək.

Yüksək Liqa (qadınlar)
2-ci oyunlar
17 aprel

15:00. “Azərreyl” - “Milli Aviasiya Akademiyası”
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 3:2

17:00. “Gəncə” - “Abşeron”
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 1:3

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью