“Azərreyl” və “Murov Az Terminal”dan qələbə

07.01.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2025-ci ilin ilk oyunları keçirilib.

Apasport.az xəbər verir ki, IV turun ilk günündə 2 matç baş tutub.

Hər iki görüş GİN-in Voleybol Mərkəzində təşkil olunub. Öncə “Azərreyl” çempionatın autsayderi MOİK-i qəbul edib. "Dəmiryolçular" çətinlik çəkmədən 3 xalı hesablarına yazıblar - 3:0.

Ardınca liderlər meydana çıxıblar. İtkisiz irəliləyən “Murov Az Terminal” və “Xilasedici” görüşündə də eyni hesab qeydə alınıb. Meydan sahibləri qalib gəliblər.

Yüksək Liqa (kişilər)
IV tur
7 yanvar

16:00. MOİK - “Azərreyl” - 0:3 (12:25, 10:25, 14:25)
GİN-in Voleybol Mərkəzi

18:00. “Murov Az Terminal” - “Xilasedici” - 3:0
GİN-in Voleybol Mərkəzi

Qeyd edək ki, tura sabah “Neftçi” - “Gənclər” matçı ilə yekun vurulacaq.

Azərbaycanlı hakim ÇL matçında Yüksək Liqada növbəti turun oyun cədvəli bəlli olub Amerikalı voleybolçu "Gəncə"də "Gəncə" klubu voleybolçusu ilə yollarını ayırıb Azərbaycanda qar voleybolu üzrə ilk toplanış
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью