Azərsilah ın Şirvandakı zavodunda qəza oldu

19.02.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

"Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində fevralın 18-də istehsalat qəzası baş verib.

Bu barədə Axar.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью