Azərsilah ın Şirvandakı zavodunda QƏZA: ölən var

14.11.2025

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş vermişdir.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olmuşdur.

Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью