“Azerspace1” sığortaçı seçir

09.12.2024

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 53 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peykinin 2025-ci il üzrə orbitdə sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini yanvarın 10-u, saat 16:00-a qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə yanvarın 10-u, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, bu il dəyəri 66,5 milyon ABŞ dollar, 2023-cqü ildə isə dəyəri 80 milyon ABŞ dolları olan “Azərkosmos” peykinin sığortalanması üçün “Paşa Sığorta" ASC cəlb edilmişdi. Bu xidmətə görə sığorta şirkətinə müvafiq olaraq 1 milyon 436,5 min manat və 946,5 min manat ödənilib.

Xatırladaq ki, "Azerspace-1” peyki 2013-cü ildə yerətrafı orbitə buraxılıb. “Azerspace -1”in istismar müddəti 17 ildir.

“Azerspace-1” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью