“Azərsun Holdinq ə məxsus şirkətdə yoxlama aparılıb ciddi pozuntular

11.04.2025

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “Azərsun Holdinq” MMC-nin törəmə şirkət yoxlama aparılıb. 

Qanuni təmsilçisi Halıl Tanrıverdı olan "Azərsun Kənd Təsərrüfati Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətində aparılan yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb. 

Yoxlamalar zamanı səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 181111.55 manat əlavə vergi, 90555.79 manat maliyyə sanksiyası şirkət barəsində hesablanıb.

Xatırladaq ki, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC 2007-ci ildə təsis edilib və 41 milyon manat nizamnamə kapitalı var. \\32gun.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью