Azərsun Holdinq şəhid atasının torpağını əlindən alıb Qalmaqal + Açıqlama | Icma.az
Icma.az bildirir, Mia.az portalına istinadən. Azərbaycanın qida sektorunda aparıcı şirkətlərdən olan "Azərsun Holdinq" məhkəməyə verilib.
Mia.az 32Gun.az-a istinadla xəbər verir ki, iddiaçı Hüseynov Ramil Əli oğludur. Onun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Fevralın 1-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Kənan Hüseynovun sədrliyi ilə keçiriləcək.
32Gun.az məhkəmə çəkişməsinin təfərrüatlarını öyrənmək üçün Ramil Hüseynovla əlaqə saxlayıb.
Ramil Hüseynov bildirib ki, məhkəmə çəkişməsi "Azərsun Holdinq"un onun icarəsində olan torpaq sahəsini ələ keçirməsi ilə bağlıdır.
"Biləsuvarda fermer təsərrüfatım var idi. "Azərsun Holdinq" təsərrüfatın yerləşidiyi torpaq sahəsini ələ keçirib. Bu 2019-cu ildə baş verib.
Torpaq sahəsi mənim icarəmdə idi. Həmin ildən şirkətlə məhkəmə çəkişməsindəyik. Əvvəl maddi ziyanın ödənilməsi ilə bağlı tələb qoymuşdum.
Amma indi iddia tələbini dəyişdirmişəm. İddiamda qeyd etmişəm ki, "Azərsun Holdinq" mənim hesabıma varlanır.
Tam oxu
Xəbəri oxu