“Azərsun Holdinqin rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib FOTOLENT

12.12.2024

Lent az saytına istinadən Icma.az xəbər verir.

“Azərsun Holdinq”in rəhbər heyəti Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarı önünə əkil və gül dəstələri qoyublar.

Ziyarət zamanı həmçinin, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və dövlət xadimi Əziz Əliyevin xatirəsi ehtiramla yad olunub, onların məzarı önünə tər çiçəklər düzülüb.

Qeyd edək ki, 33-cü ildir Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” Heydər Əliyev irsinin yaşadılması istiqamətində müxtəlif layihələrin icrasında yaxından iştirak edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью