“Azərsun Holdinqin rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət etdi

12.12.2024

Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərsun Holdinq”in rəhbər heyəti Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarı önünə əkil və gül dəstələri qoyublar.

Teleqraf.com xəbər verir ki, ziyarət zamanı həmçinin, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın və dövlət xadimi Əziz Əliyevin xatirəsi ehtiramla yad olunub, onların məzarı önünə tər çiçəklər düzülüb.

Qeyd edək ki, 33-cü ildir Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” Heydər Əliyev irsinin yaşadılması istiqamətində müxtəlif layihələrin icrasında yaxından iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью