“Azərsun”a məxsus emalatxanada bədbəxt hadisə: fəhlə xəsarət aldı

14.11.2024

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sumqayıt şəhərində fəhlənin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. 

Ölkə.Az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə "Azərsun" MMC-yə məxsus karton emalatxanasında qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Elşən Kamil oğlu Qasımov emalatxanada iş görən zaman "raskat" aparatının arasında qalaraq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью