AZƏRTAC ilə Belarusun BELTA agentliyi arasında yeni əməkdaşlıq sənədi imzalanıb

07.11.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Pekin, 7 noyabr, AZƏRTAC

Çinin paytaxtı Pekində keçirilən 7-ci Dünya Media Sammiti çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Belarus Teleqraf Agentliyi (BELTA) arasında yeni anlaşma memorandumu imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və BELTA-nın baş direktoru Andrey Moxor imzalayıblar.

Sənədə əsasən tərəflər xəbərlərin, həmçinin foto və videomaterialların mövcud texnoloji vasitələrdən istifadə etməklə gündəlik və pulsuz mübadiləsini həyata keçirəcəklər. Bundan başqa, tərəflər müxbirlərinin, redaktorlarının və texniki mütəxəssislərinin qarşılıqlı səfərləri və əlaqələri vasitəsilə təcrübə mübadiləsi aparacaqlar. AZƏRTAC və BELTA saxta xəbərlərin və dezinformasiyanın yayılmasına qarşı birgə mübarizə aparmaq, həmçinin yeni texnologiyalar, o cümlədən süni intellekt sahəsində təcrübə mübadiləsinə hazır olduqlarını ifadə ediblər.

Memorandum, həmçinin AZƏRTAC və BELTA-ya öz ərazilərində keçirilən tədbirlərin qarşılıqlı işıqlandırılmasına imkan verir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью