AZƏRTAC ilə “QAZCONTENT” xəbər mübadiləsi sahəsində əməkdaşlığa başlayır

07.11.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pekin, 7 noyabr, AZƏRTAC

Çinin paytaxtı Pekində keçirilən 7-ci Dünya Media Sammiti çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Qazaxıstanın “QAZCONTENT” Səhmdar Cəmiyyəti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və “QAZCONTENT"in İdarə Heyətinin sədri Adil Seyfullin imzalayıb.

Sənədə əsasən, tərəflər xəbər və təcrübə mübadiləsi aparacaq, dezinformasiyaya qarşı mübarizə və texnologiyalar sahəsində əməkdaşlıq edəcək, tədbirlərin işıqlandırılmasına qarşılıqlı dəstək göstərəcək, media sahəsinin inkişafına dair fotosərgilər, onlayn seminarlar və digər tədbirlər kimi birgə informasiya layihələri həyata keçirəcəklər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью