AZƏRTAC ın 106 cı illiyinə 106 töhfə...

02.03.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 mart, AZƏRTAC

AZƏRTAC-ın kollektivi Agentliyin 106-cı illiyini nəcib missiya ilə qeyd edib.

Belə ki, Agentliyin əməkdaşları martın 2-də paytaxtın Binəqədi rayonu, Sumqayıt şosesi, 15 ünvanında yerləşən parkda AZƏRTAC-ın yaşına uyğun olaraq 106 Eldar şamı əkiblər.

Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak ediblər.

Bu ağacəkmə aksiyası həm də Agentliyin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində paytaxtımızın yaşıllaşdırılmasına, ətraf mühitinin sağlamlaşdırılmasına töhfəsi kimi yadda qalıb.

Göyçək Mahmudlu - müxbir

Səfiyar Məcnun – foto

Ələkbər Baxşiyev, Mirrəsul Cəfərov – video

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью