AZƏRTAC ın fotomüxbiri İlqar Cəfərovun növbəti uğuru

16.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 may, AZƏRTAC

AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) Honq-Konq, Serbiya və Türkiyədə keçirdiyi beynəlxalq fotomüsabiqələrinin mükafatlarına layiq görülüb.

Honq-Konqda keçirilən “The 5th HKCCPA International Salon 2025” fotomüsabiqəsində 47 ölkədən 224 fotoqraf iştirak edib. İlqar Cəfərovun “Athlete Willpower” fotoşəkili fotojurnalistika nominasiyasında FIAP-ın qızıl medalına layiq görülüb.

Serbiyada keçirilən “Good Light 2025” fotomüsabiqəsində fotomüxbirin “Near the attraction” fotosu “MASTER OF LIGHT GOLD PLAQUETTE” mükafatını qazanıb. Həmçinin Serbiyada FIAP-ın təşkilatçılığı ilə keçirilmiş “PhotoEXPO 2025” müsabiqəsində isə İlqar Cəfərovun birinci və ikinci Qarabağ müharibəsi zamanı Tərtər və Gəncədə çəkdiyi “There was our house” və “Night tragedy” fotoları müvafiq olaraq FIAP-ın fəxri lentinə və IAAP-ın (Beynəlxalq Fotoqrafiya Sənəti Assosiasiyası) gümüş medalına layiq görülüb.

Türkiyədə “Qadın və idman” mövzusunda fotomüsabiqəyə 23 ölkədən 245 fotoqraf 811 foto təqdim edib. Qaydalara əsasən hər fotoqraf maksimum 4 foto ilə bu mövzuda iştirak edə bilər. Fotomüxbirin müsabiqəyə təqdim etdiyi 4 fotonun hamısı müsabiqənin nəticələri əsasında açılacaq ümumi sayı 75 şəkildən ibarət olan fotosərgiyə qəbul edilib və İlqar Cəfərov fotomüsabiqənin “Ən yaxşı fotoqrafı” adına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью