AZƏRTAC ın xüsusi auditoriyası uğurlu bir ideyanın gerçəkləşməsinin davamıdır Şura sədri

22.01.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"AZƏRTAC-ın xüsusi auditoriyası uğurlu bir ideyanın gerçəkləşməsinin davamıdır və bu təşəbbüsün əsasında təcrübəli ziyalılarımızın, ağsaqqallarımızın dəyərli tövsiyələri dayanır".

Bu sözləri Bakı Dövlət Universitetində (BDU) AZƏRTAC-ın xüsusi auditoriyasının açılışında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O qeyd edib ki, BDU-nun Jurnalistika fakültəsinin tələbələrinin hər zaman ürəyindən AZƏRTAC-da çalışmaq arzusu keçib. Bu arzu təsadüfi deyil. Gənclərin AZƏRTAC-da fəaliyyət göstərməsi onların peşəkar formalaşması baxımından olduqca uğurlu və səmərəli nəticələr verir. “Bu uğurlu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və daha geniş miqyas alacağına inanırıq”, - deyə R.Məcid əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью