AZƏRTACın minifutbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə növbəti oyununu keçirib AZƏRTAC

11.01.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) komandası Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirində növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan kollektiv III turda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, turnir AFFA, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью